» » » "Aşk-ı Memnu"dakı o səhnə çox çətin idi" - video

"Aşk-ı Memnu"dakı o səhnə çox çətin idi" - video

"Aşk-ı Memnu"dakı o səhnə çox çətin idi" - video
"Aşk-ı Memnu"dakı o səhnə çox çətin idi" - video

72 yaşlı aktrisa Nebahat Çehre Özgü Uzunun aparıcılıq etdiyi "Hayat Başlasın" proqramında maraqlı açıqlamalar verib.

Ucarliyiq.biz - in Türkiyə mətbuatına istinadən məlumatına görə, o, "Firdevs xanım"ı canlandırdığı "Aşk-ı Memnu" serialındakı çətin səhnələrdən biri haqda danışıb:

"Beren Saatın obrazı olan "Bihter"in "ölürəm, ana" səhnəsi çox çətin idi. Hər kəs onu asan görə bilər, amma psixoloji olaraq ağırlıq və diqqətli olmaq tələb edirdi. O səhnə klassik musiqi dinlənilərək hazırlandı".

Aktrisa sənəti, sevgisi və yaşı haqda da etiraflar edib:

"Ulduz olmaq necə bir şeydir, necə davranmaq lazımdır bilmirəm. Bu, tamaşaçıların verəcəyi bir qərardır. Yaşlandıqca ölümdən qorxmaya başlamışam. Mən sevginin adını da unudmuşam. İllər keçdi... Nə sevgi, heç bir kişiylə yemək yeməyə getməmişəm... Ən son 1990-cı illərdə aşiq olmuşam."

N.Çehre bəyəndiyi aktyorlar haqda da fikirlərini bildirib:

"Kıvanç Tatlıtuğ özünü çox inkişaf etdirdi. Ekin Koçun da taleyi çox gözəl görünür, gələcəyi parlaqdır".

"Aşk-ı Memnu"dakı o səhnə çox çətin idi" - video