» » » Aparıcı türk millətçilərini əsəbiləşdirdi - video

Aparıcı türk millətçilərini əsəbiləşdirdi - video

Aparıcı türk millətçilərini əsəbiləşdirdi - video
Aparıcı türk millətçilərini əsəbiləşdirdi - video

Baş rollarında İpek Tuzcuoğlu, Gürkan Uygun, Munircan Cindoruk və Burçin Abdullahın olduğu yeni film təqdim olunub.

Ucarliyiq.biz - in Türkiyə mətbuatına istinadən məlumatına görə, "Ankara Yazı-Veda Mektubu" adlanan film "12 sentyabr" inqilabçılarının edama məhkum etdiyi Mustafa Pehlivanoğlu haqdadır. Lakin reklamı zəif olan ekran işi kassda uğurlu ola bilməyib.

Filmin tanıtımı üçün aparıcı Beyazit Öztürkə müraciət edilib. Lakin o, müəllifi olduğu "Beyaz Şou"da filmə yer vermək istəməyib. Bundan sonra millətçilər aparıcıya qarşı etirazlarını bildiriblər. Filmdə rol alan Can Beslen "Beyazit Öztürk, tez-tez ədalətdən bəs edirsən, amma belə bir ideoloji filmin heyətini qonaq etmək istəmirsən. Proqramın yaradıcılarına səslənirəm. Kaş ki siz də bu filmə obyektiv baxsaydınız. Türk milliyətçiləri PKK-lı Ayşə müəllimədən daha dəyərsiz deyil" deyib.

Bütün bu ittihamlardan sonra Kanal D və aparıcı hələ də açıqlama verməyib.