» » » "O səs Türkiyə" bu görüntülərə görə cərimələndi - video

"O səs Türkiyə" bu görüntülərə görə cərimələndi - video

"O səs Türkiyə" bu görüntülərə görə cərimələndi - video
"O səs Türkiyə" bu görüntülərə görə cərimələndi - video

Acun İlıcalının rəhbəri olduğu TV8-də elə özünün aparıcılığıyla təqdim olunan "O səs Türkiyə" yarışmasına cəza verilib.

Ucarliyiq.biz - in Türkiyə mətbuatına istinadən məlumatına görə, İstanbul Böyükşəhər Bələdiyyəsi üzvü, CHP-li (Cümhuriyyət Xalq Partiyası) Nadir Ataman və vəkil Taner Kazanoğlu şikayət edərək yarışmanın səhnəsində ardıcıl olaraq səmazən (sufizmə aid olan, xüsusi geyimdə) rəqsinin, daha sonra isə başqa rəqqasələrin görünməsini "hörmətsizlik" adlandırıblar:

"Ölkəmizdəki ən böyük problem: şəxsi haqq və inanclara hörmət göstərilməməsi. Bu proqram da bunun ən son örnəyidir".

Türkiyənin ali televiziya qurumu RTÜK şikayəti haqlı sayaraq 8 üzvünün ümumi səsiylə telekanala cəza kəsib. TV8 "Əhalinin milli və mənəvi dəyərlərinə zidd yayımına görə" 373 min 183 lirə (təxminən 180 min manat) ödəməli olacaq.