» » » Nazənin məşhur mahnısına klip çəkdirdi - video

Nazənin məşhur mahnısına klip çəkdirdi - video

Nazənin məşhur mahnısına klip çəkdirdi - video
Nazənin məşhur mahnısına klip çəkdirdi - video.

Müğənni Nazənin "Ay ürəyim" mahnısına çəkdirdiyi klipini təqdim edib.

Ucarliyiq.biz - in məlumatına görə, Türkiyədə lentə alınan ekran işinin rejissoru Zöhrab Ağayevdir.

Mahnısından danışan Nazənin bəstənin sözlərinin və musiqisinin Sevinc Mansurovaya məxsus olduğunu bildirib:

"Ay ürəyim" mahnısı mənim yaradıcılığımda xüsusi bir yer tutur. Çünki bu bəstə digər mahnılarım kimi çıxdığı gündən sevilməyə başladı və mənə uğur gətirdi. Hara getdimsə, məndən bu mahnını oxumağımı istədilər. Onun “Youtube”da dinlənmə sayı milyonları keçib. Elə buna görə də mahnıya klip çəkdirmək qərarına gəldim".