» » » Tərtərdə hərbi sursat partladı, 8 yaşlı uşaq yaralandı - Video

Tərtərdə hərbi sursat partladı, 8 yaşlı uşaq yaralandı - Video

Tərtərdə hərbi sursat partladı, 8 yaşlı uşaq yaralandı - Video

Tərtərdə 8 yaşlı uşaq hərbi sursatın partlaması nəticəsində xəsarət alıb. Hadisə rayonun Əskipara kəndində qeydə alınıb.

Ucarliyiq.biz qafqazinfo-ya istinadən xəbər verir ki, əslən Laçın rayonundan olan məcburi köçkün,8 yaşlı Elvin Hüseynli həyətlərində toplanan tullantıya od vurub. Bundan sonra gözlənilmədən partlayış baş verib. Nəticədə uşağın bədəninin müxtəlif nahiyələri yanıb. Yanıq xəsarəti alan Elvin HüseynliTərtər Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Azyaşlının həyatı üçün təhlükə olmadığı bildirilir.

"İçəridə oturmuşduq, möhkəm bir partlayış səsi gəldi. Hamımız çıxdı çölə, dedik bu nədir? Bəlkə, erməni atdı. Gördük ki, uşağın biri yaralanıb. Gördük ki, uşağın sifəti yanıbdır. Ocağı uşaq yandırıb. Kibriti götürüb yandırıb. O qaldığımız yerdə kibrit vardı. Tullantı olduğuna görə yandırıb da, bu uşağın indi ağlına nə gələr?" deyə xəsarət alan uşağın əmisi Ayaz Hüseynov bildirib.