» » » Van Damm Məhəmməd peyğəmbərdən nümunə gətirdi - video

Van Damm Məhəmməd peyğəmbərdən nümunə gətirdi - video

Van Damm Məhəmməd peyğəmbərdən nümunə gətirdi - video
Van Damm Məhəmməd peyğəmbərdən nümunə gətirdi - video

Ərəblərin MBC telekanalında idman və sağlam qidalanma ilə bağlı məsləhətlər verən Hollivud ulduzu Jan Klod Van Damm Məhəmməd Peyğəmbərin adını çəkib.

Ucarliyiq.biz - in Türkiyə mətbuatına istinadən məlumatına görə, o, məsləhətləri sırasında müsəlmanların bu barədə yaxşı təcrübələrinin olduğunu deyib və İslam dininin peyğəmbərini oxumağı məsləhət bilib:

"Həftədə maksimum bir dəfə ət yeyilə bilər. Ondan sonra bollu göyərti, ərəblərin yeməyi humus... Eləcə də bütün ənənəvi ərəb yeməkləri keçmişdə olduğu kimi yeyilə bilər. Məsələn, müsəlmanların yeməkləri: çörək, badam, alma.... Gedin və oxuyun. Bu mövzuda müsəlmanlar çox yaxşı şeylər kəşf edib. Həzrəti Məhəmməd çox ağıllı biri idi və insan bədəni üçün nəyin yaxşı olduğunu bilirdi. O, zamana baxın, mədən soruşmanıza ehtiyac yoxdur. Və inanın ki, axtardığınız hər şeyi orada tapacaqsınız".