» » » Qız cizgi filminin qəhrəmanına bənzəmək üçün 6 qabırğasını çıxartdırdı – Fotolar - Video

Qız cizgi filminin qəhrəmanına bənzəmək üçün 6 qabırğasını çıxartdırdı – Fotolar - Video

Qız cizgi filminin qəhrəmanına bənzəmək üçün 6 qabırğasını çıxartdırdı – Fotolar - Video

Amerikada yaşayan 25 yaşlı isveçli qız Piksi Foks xarici görünüşünü tamamilə dəyişmək qərarına gəlib.

Gün.az xarici mətbuata istinadən xəbər verir ki, ağbəniz gözəlçə bir neçə il ərzində keçirdiyi estetik-plastik əməliyyatlardan sonra məşhur "Who Wacked Roger Rabbit?" cizgi filminin "Jessica Rabbit" adlı qəhrımanına bənzəyib.

Bir ay öncə Piksi olduqca ağır əməliyyat keçirərək, 6 qabırğasını çıxartdırıb. Bu əməliyyatdan sonra onun belinin ölçüsü kiçilərək, 35 santimetr olub.

Həkimlərin xəbərdarlığını qulaqardına vuran Piksi Foks, qısa vaxtda ard-arda daha bir neçə plastik əməliyyat keçirib.

"Küçədə gedərkən, insanlar mənə yaxınlaşıb, cizgi filmi qəhrəmanına bənzədiyimi deyirlər. Mən "Jessica Rabbit" personajına bənzəməyi çox istəyirdim. Mənim üçün həmin cizgi filmi qəhrəmanı ideal qadın obrazıdır. Mən də onun kimi incə belə, böyük sinəyə, iri gözlərə sahib olmaq istəyirdim" – deyə Piksi Poks bildirib.

Piksi artıq çəkisindən qurtulmaq üçün hər gün 5 saat idman zalında məşq edir:

"Qabırğalarımı çıxardıqdan sonra daim korsetlə gəzirəm. Düzdür, davamlı korsetdə gəzmək bədənimi ağrıdır. Amma eybi yox, gözəllik qurban tələb edir. Mən hər dəfə korseti daha çox kip sıxacağam ki, belim daha incə olsun. İncəlsin ki, dünyada ən incəbelli qız adına layiq görülüm" – deyə, Piksi bildirib.

Piksi Foks bütün əməliyyatları üçün 120 min dollar xərcləyib.

O, 6 qabırğasının çıxarılmasına görə 9 min, 4 rinoplastik (burun əməliyyatı -red) əməliyyat üçün 19 min, süd vəzilərini böyütmək üçün 40 min, 2 liposaksiya əməliyyatı (vakuum vasitəsilə artıq piy toxumasının götürülməsi-red) üçün 7 min, blefaroplastik əməliyyat (göz qapağının əməliyyatı-red) 8 min, otoplastik əməliyyata (qulaq estetik əməliyyatı - red) 5 min, qaşlarını qaldırmağa isə 3 min 2 yüz, yançaqlarındakı piyləri əritmək üçün 1200, dodaqlarını böyütməyə 7 min 5 yüz, piylənmə ilə mübarizə aparmaq məqsədilə, üstəlik, kriolpoliz əməliyyatına (piy toxumasının dondurulması əməliyyatı-red) 1000 manat xərcləyib.

Piksi Foksin sözügedən video və fotolarını oxuculara təqdim edirik: