» » » Müəllimlərin maaşı artırılacaq - VIDEO

Müəllimlərin maaşı artırılacaq - VIDEO

Müəllimlərin maaşı artırılacaq - VIDEO

Qiymətləndirmə keçiriləcək.

Müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsindən keçən bütün müəllimlərin əməkhaqları artırılacaq. Diaqnostik qiymətləndirmə son olaraq dekabr ayının 24 və 27-də Gəncə şəhərində keçiriləcək. Bununla da qiymətləndirmədən keçən 60 mindən çox müəllimin əməkhaqları artırılacaq. Diaqnostik qiymətləndirilmədən keçən müəllimlərin də əməkhaqları 2016-cı ilin yanvar ayının 1-dən artırılacaq.

ucarliyiq.biz xəbər verir ki, bunu Təhsil Nazirliyinin sözçüsü Cəsarət Valehov “XəzərXəbər”-ə açıqlamasında bildirib.

“Təxminən 60 min nəfərdən artıq müəllimimiz yeni qaydalarla əməkhaqqı alacaq. Hansı ki, bu əməkhaqqılar qeyd etdiyim kimi cənab prezidentin müvafiq sərəncamı ilə artırılacaq. Söhbət 30 mini Bakı şəhərində, 30 mini isə digər bölgələrimizdə olan müəllimlərimizin əməkhaqqısının artırılmasından gedir”.

Cəsarət Valehov qiymətləndirmənin necə aparılacağından da danışıb.

“Bu qiymətləndirmədən mən 60 mümkün baldan 55 bal toplamışam. Deyə bilərəm ki, burda sosial ədalət prinsipi gözlənilir. Çünki hər bir müəllim öz biliyinə bacarığına uyğun əməkhaqqı alacaqdır. Yəqin ki, ədalətli olar və hər bir müəllim öz zəhməti müqabilində əməkhaqqı alar. Aşağı əməkhaqqı alan müəllimlərdə yəqinki, çalışar yuxarı səviyyə çatsın. Buda müəllimin pedaqoji qabiliyyətini ustalığını bir daha artıracaq”.

Diaqnostik qiymətləndirmə tədbirləri noyabr və dekabr aylarından başlayaraq 3 böyük şəhərdə və 9 rayonunda keçirilib. Diaqnostik qiymətləndirmədən keçə bilməyən müəllimlərin taleyi isə yaxın vaxtlarda Təhsil Nazirliyində müzakirə olunacaq.