» » » DiKaprio Ledi Qaqaya ağız əydi - video

DiKaprio Ledi Qaqaya ağız əydi - video

DiKaprio Ledi Qaqaya ağız əydi - video
DiKaprio Ledi Qaqaya ağız əydi - video . “Qızıl qlobus” mükafatlandırma mərasimi maraqlı anlarla yadda qalıb.

Ucarliyiq.biz xarici mətbuata istinadən xəbər verir ki, mükafatını almaq üçün səhnəyə çıxan müğənni Ledi Qaqa qonaqlar arasında əyləşən aktyor Leonardo DiKaprioya toxunub.

41 yaşlı Hollivud ulduzunun buna reaksiyası isə fərqli olub. Ağzını əyən Leonardo dodaqaltı “Lənətə gələsən” deyib. Həmin an çəkilmiş video qısa müddətdə internetdə izlənilmə rekordu qırıb. DiKaprio video ilə bağlı açıqlamasında “Mən, sadəcə olaraq, başa düşmədim ki, kimsə mənə toxundu, vəssalam” deyib.

Qeyd edək ki, mükafatlandırma gecəsində Ledi Qaqa “Televiziya üçün çəkilmiş ən yaxşı mini-serial və ya film aktrisası”, Leonardo DiKaprio isə “Ən yaxşı dram kino aktyoru” nominasiyaları üzrə qalib olublar.