» » Milyarder ana oğluna Nazənini aldı - dünyanın ən bahalı toyu - FOTO

Milyarder ana oğluna Nazənini aldı - dünyanın ən bahalı toyu - FOTO

Dünyanın ən zəngin qaradərili qadını oğlunu evləndirib. İngiltərədəki Blenheym Sarayındakı toyda, sadəcə, gəlinin əynindəki paltarın dəyəri 9 milyon dollardı. 1 milyon qızılgüllə bəzədilmiş saraydakı toyda qonaqlara 7 metr hündürlüyü olan toy verilib, səhnədə isə Robin Tik və digər ulduzlar çıxış ediblər.
ucarliyiq.biz Daily Mail-ə istinadən bildirir ki, 66 yaşlı nigeriyalı Folorunşo Alakiya dünyanın ən zəngin qaradərili iş adamlarından biridir. Bu xanımın 2,1 milyard dollarlıq varidatı var.
Milyarder xanımın 4 oğlu arasında ən kiçiyi Folarin iranlı model Nazənin Cəfərian Qeysərifa ilə evlənib.
Folarinin ilk xanımı Çen 6 il əvvəl xərçəng xəstəliyindən vəfat edib. Həmin nikahdan Folarinin 5 yaşlı qızı var.
Nazənin Mançester Universitetinin biomühəndislik və biotəbabət fakültəsini bitirib.





Milyarder ana oğluna Nazənini aldı - dünyanın ən bahalı toyu - FOTO





























scroll top