» » Venaların sağlam olmasını yoxlamaq üçün test

Venaların sağlam olmasını yoxlamaq üçün test



Bu test vena damarlarında xəstəliklərin olub olmamasını bildirir.
ucarliyiq.biz immunitet.az-a istinadən bildirir ki, topladığınız ballara əsasən venalarınızda xəstəliyin olma şübhəsini təyin edin və patoloji vəziyyət olduğu zaman vaxtında həkimə müraciət edin.
1. Valideyinlərinizdə varikoz genəlmə xəstəliyi varmı?
yox - 0
birində var - 5
valideyinlrimdə və yaxın qohumlarımda varikoz genəlmə xəstəliyi var - 15
2. Gün ərzində çox oturursunuz?
yox - 0
arabir - 5
tez-tez - 10
daima - 15
3. Sizdə yastıayaqlılıq varmı?
yox - 0
hə - 15
4. Artıq çəkidən əziyyət çəkirsinizmi?
yox - 0
çox yox - 5
20 kq artıq çəkim var - 15
5. Çimərlikdə və ya solyaridə qaralırsınızmı?
yox - 0
arabir - 5
tez-tez - 10
daima - 15
6. Dar paltar və bandaj geyinirsinizmi?
yox - 0
arabir - 5
tez-tez - 10
daima - 15
7. Dikdaban və ya uzunboğaz çəkmə geyinirsinizmi?
yox - 0
arabir - 5
tez-tez - 10
daima - 15
8. Fiziki yük qaldırırsınızmı?
yox - 0
arabir - 5
tez-tez - 10
daima - 15
9. İdmanla məşğul olursunuzmu?
yox - 0
arabir - 5
tez-tez - 10
daima - 15
10. Təyyarə ilə uçursunuzmu?
yox - 0
ildə 1 dəfə - 5
ildə 2-3 dəfə
ildə 3 və ya daha artıq - 15
11. Axşamlar ayaqlarınızda qıcolmalar baş verirmi?
yox - 0
arabir - 10
tez-tez - 20
daima - 30
12. Ayaqlarınızda ağırlıq hissi varmı?
yox - 0
arabir - 5
tez-tez - 10
daima - 20
13. Oturduğunuz zaman ayaqlarınızı ayağınızın üstünə atdıqda rahat olursunuzmu?
yox - 0
arabir - 5
tez-tez - 10
daima - 15
14. Hovuzda olursunuzmu?
yox - 0
arabir - 5
tez-tez - 10
daima - 15
15. Piyada gəzməyə üstünlük verirsinizmi?
nadir hallarda - 0
arabir - 5
tez-tez - 10
daima - 20
16. Meyvə tərəvəzə üstünlük verirsinizmi?
heç vaxt - 10
arabir - 0
tez-tez - 5
daima - 10
17. Qadınsınızsa neçə dəfə uşaq dünyaya gətimisiniz?
övlad dünyay gətirməmişən - 0
bir uşaq - 10
iki uşaq - 20
üç və ya daha artıq - 40
0-50 bal sizin vena damarlarınızın az təhlükə qarşısında olmasını bildirir. Vaxtınızın çoxunu oturmaqla keçirirsinizsə o zaman piyada gəzməyə üstünlük verin, həyat tərzinizi dəyişin və artıq çəkinizdən xilas olun.
50-120 bal sizin vena damarlarınızda varikoz genəlmənin ilkin əlamətlərinin olduğunu bildirir. Həkimə müraciət edin. Varikoz genəlmə əlamətlərini aradan qaldıracaq idman hərəkətləri edin, idmanla məşğul olun, saunaya gedin. Ayaqlarınızda varikozun əmələ gəlməməsi xüsusi corablar geyinin.
120-255 bal sizdə varikoz genəlmənin yüksək həddə olduğunu bildirir. Xəstəliyin kəskinləşmə riskinin olmaması üçün mütləq müalicə götürməlisiniz. Həkiminizlə birlikdə proqram tərtib edin və xəstəliyinizin müalicə-profilaktikası ilə ciddi məşğul olun.
scroll top