» » Azərbaycanda ibrətamiz hadisə - Yolda olan sərnişinlərə iftar - FOTO

Azərbaycanda ibrətamiz hadisə - Yolda olan sərnişinlərə iftar - FOTO

Bakıda iftar zamanı yolda olan sərnişinlər üçün çay masası təşkil edilib.
Bakı Nəqliyyat Agentliyindən ucarliyiq.biz-a verilən məlumata görə, iftar zamanı yolda olan sərnişinlər üçün Koroğlu Nəqliyyat Mübadilə Mərkəzində (NMM) çay masası təşkil edilib. Belə ki, iftar vaxtı Mərkəzdə olan sərnişinlər masaya yaxınlaşaraq onlara təklif edilən su, çay və xurmadan istifadə edə bilərlər.
BNA bir daha müqəddəs Ramazan ayında xalqımıza ən xoş diləklərini yetirir, ailələrinizə xoşbəxtlik, süfrələrinizə bol ruzi və xeyir-bərəkət arzulayır.
Yusif Nəsirli









scroll top