» » Bəzi xəstəliklər İNTİHARın riskini artırır

Bəzi xəstəliklər İNTİHARın riskini artırır


#MARAQLI

"American Journal of Preventive Medicine" jurnalında dərc olunmuş araşdırma göstərib ki, bəzi xəstəliklər hətta psixiki problemləri olmayan insanlarda intiharın riskini artırır.
ucarliyiq.biz saglamolun.az-a istinadən bildirir ki, araşdırma göstərib ki, kəllə-beyin travmaları, xərçəng, astma, bel ağrıları, durğun ürək çatışmazlığı, diabet, epilepsiya, miqren, Parkinson xəstəliyi, böyrək çatışmazlığı, insult, psixogen ağrılar, yuxusuzluq intiharın riskini artırır.
Yuxu pozulmaları və QİÇS intiharın riskini 2 dəfə, kəllə-beyin travması isə 9 dəfə artırır.

Bu araşdırmanın nəticələri intiharın profilaktikası üçün çox önəmlidir.
Son zamanlar intiharın statistikası bütün dünyada ildən ilə artır. Məsələn, ABŞ-da hər il təxminən 450 000 insan intihar edir. İntiharların ən aşağı göstəriciləri Səudiyyə Ərəbistandadır, ən yüksək göstəriciləri Cənubi Amerikada yerləşən dünyanın ən kasıb ölkələrdən biri olan Qayanadır.
Interesting facts scroll top