» » 12 yaşlı qız qardaşının doğumunda iştirak etdi, göbəyini kəsdi - FOTO

12 yaşlı qız qardaşının doğumunda iştirak etdi, göbəyini kəsdi - FOTO

Amerikanın Mississippi ştatında qeyri-adi olay yaşanıb.
ucarliyiq.biz "Dailymail"ə istinadla bildirir ki, 12 yaşlı qız Baptist xəstəxanasında doğum edən anasına kömək edib.
Ceysi Dellapena adlı qız anasının doğuşunda iştirak edib.
Başına tibbi papaq, əlinə əlcək taxan qız qardaşının göbəyini də kəsib. Həmin anda ağlayan Ceysini atası telefonla kameraya çəkib.

Valideynləri bildiriblər ki, Ceysi iki il əvvəl də doğum zamanı otağa girmək istəyib, lakin onlar Ceysi hələ uşaq olduğuna görə buna icazə verməyiblər.
Lakin indi valideynləri düşünüblər ki, Ceysi otağa girə bilər.


12 yaşlı qız qardaşının doğumunda iştirak etdi, göbəyini kəsdi - FOTO







scroll top