» » AMEA-nın magistraturasında ilk buraxılışın vaxtı açıqlandı - FOTO

AMEA-nın magistraturasında ilk buraxılışın vaxtı açıqlandı - FOTO

AMEA-nın magistraturasında ilk buraxılışın vaxtı açıqlandı - FOTO
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Elmi Müəssisələrinin Direktorları Şurasının iclası keçirilib.
AMEA-dan ucarliyiq.biz-a verilən məlumata görə, iclasda AMEA Rəyasət Heyəti aparatının Elm və Təhsil İdarəsinin rəisi, AMEA-nın müxbir üzvü Əminağa Sadıqov AMEA-nın magistraturasına 87 plan yerinə 1742 ərizənin, orta hesabla hər bir yerə 20-dən yuxarı ərizənin verildiyini, bəzi ixtisaslarda isə bu rəqəmin 50-yə yaxın olduğunu bildirib. Ə. Sadıqov qeyd edib ki, iyulun 7-də AMEA-nın magistraturasında ilk buraxılış olacaq.
AMEA prezidenti, akademik Akif Əlizadə AMEA ilə Fövqəladə Hallar Nazirliyi (FHN) arasında əməkdaşlıqdan danışaraq nazirliyin AMEA-nın müəssisələri ilə sıx əlaqələr qurduğunu bildirib. Bununla əlaqədar çıxış edən Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun direktoru, akademik Vaqif Abbasov, Genetik Ehtiyatlar İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Zeynal Əkbərov və Torpaqşünaslıq və Aqrokimya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Əlövsət Quliyev FHN ilə əməkdaşlıq çərçivəsində yeni layihələrlə əlaqədar konkret addımlar atıldığını nəzərə çatdırıblar.
scroll top