» » Ucarda iki minik maşını toqquşdu, yaralılar var - FOTO

Ucarda iki minik maşını toqquşdu, yaralılar var - FOTO

Ucar rayonunda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
ucarliyiq.biz "Report"a istinadən bildirir ki, hadisə 19:00 radələrində iki minik avtomobilinin toqquşması nəticəsində qeydə alınıb.
Qəza nəticəsində xəsarət alan şəxslər dərhal Ucar Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib, hazırda xəsarət alanların şəxsiyyəti dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.





scroll top