» » İndiyə qədər fəaliyyət göstərən ən qədim 10 ŞİRKƏT - FOTO

İndiyə qədər fəaliyyət göstərən ən qədim 10 ŞİRKƏT - FOTO

İndiyə qədər fəaliyyət göstərən ən qədim 10 ŞİRKƏT - FOTO
İnkişaf etmiş ölkələrdə əhalinin sayı artdıqca, bizneslərin ömrü qısalır. "Boston Consulting Group"-un tədqiqatlarına əsasən, əhalinin sayı ilə biznes dəyərləri tərs mütənasibdir. Hər il ictimai şirkətlərdə səhmlərinin dəyəri təxminən 10% düşür. Bu, 50 il əvvəl ilə müqayisədə dörd dəfə daha çoxdur.
Keçmiş "Shell" şirkətinin top-meneceri Ari De Qiusin "Canlı şirkət" adlı tədqiqatlarında orta hesabla müasir şirkətlərin cəmi 12 il fəaliyyət göstərdiyi qeyd olunub. "Fortune 500" reytinqinin daimi iştirakçıları olan şirkətlərdə isə bu göstərici 40-50 il arası müşahidə olunur.
2015-ci ilin statistikasına əsasən, dünyada 1700-cü illərdə əsası qoyulmuş 967 müəssisə fəaliyyət göstərir. Bu müəssisələrdən 517-si isə bir ölkədə- Yaponiyada yerləşir. Uzunömürlü şirkətlərin 19%-i Almaniyanın payına düşür.
ucarliyiq.biz əsası uzun illər əvvəl qoyulmuş, bu günə qədər fəaliyyət göstərən şirkətlər haqqında maraqlı faktları təqdim edir:
1. Nisiyama Onsen Keiunkan oteli
Əsası Fudjivara Maxito Xayakava tərəfindən qoyulan mehmanxana 705-ci ildən fəaliyyət göstərir. Bu günə qədər fəaliyyət göstərən mehmanxana eyni ailənin üzvləri tərəfindən idarə olunur. Mehmanxananın indiki sahibləri 52-ci Maxito nəsli hesab olunur. Bu, dünyada ən köhnə mehmanxana olaraq "Ginnesin rekordlar kitabı"na düşüb. Orta əsrlərdə bu ərazilərə gələn samuraylar mütləq Maxito mehmanxanasında qalırdılar. Mehmanxananın ən məşhur qonaqları içərisində Yaponiyanın 46-cı imperatoru Koukenin adı var. Hazırda fəəliyyət göstərən mehmanxanada bir gecə qalmaq üçün 460 dollar ödəməlisiz.
2. Koman oteli
Dünyanın ikinci ən qədim şirkəti də Yaponiyada yerləşən Koman otelidir. Əfsanəyə görə, Xyuqa ailəsinin başçısı qeyri-adi yuxu görüb. Yuxuda dörd "ilahi elçi" ona Toyooka şəhərində məbəd tikməyi əmr edir. Tikinti zamanı işçilər bu ərazidə istisu mənbəyi aşkar ediblər. Bundan sonra Xyuqa ailəsi 717-ci ildə ərazi yaxınlığında mehmanxananı açmağa qərar verib. Oteldə bir gecə üçün ən ucuz otaq 270 dollardır.
3. Hoşi Ryokan
718-ci ildən fəaliyyət göstərən Xoşi Ryokan mehmanxanası da Yaponiya ərzisində yerləşir. Mehmanxananı nəslin 46-cı nümayəndəsi Zenqro Xoşi idarə edir. Əgər Xoşi ailəsində varis dünyaya gəlmirsə, onlar kənar şəxslərdən birini (yaşından asılı olmayaraq) ya qızlarına həyat yoldaşı kimi, ya da oğlan övladı kimi övladlığa götürürlər. Ənənəvi yapon mehmanxanası yuxarı əyilmiş künclər, tipik maili damlarla fərqlənir. Otelin bir gecə üçün qiyməti adam başına 430 dollar təşkil edir.









scroll top