» » İntim gigiyenada 5 SƏHV. Qadınlar oxusun!

İntim gigiyenada 5 SƏHV. Qadınlar oxusun!


#MARAQLI

Hər kəs elə əmindir ki, gigiyena və o cümlədən intim gigiyena qaydalarını yaxşı bilir. Lakin bəzən biz bu sahədə çox ciddi səhvlərə yol veririk ki, bu səhvlər gələcəkdə sağlamlıqla bağlı problemlərə yol aça bilər.
ucarliyiq.biz saglamolun.az-a istinadən intim gigiyenada etdiyimiz 5 ən yayılmış səhvi təqdim edir.

1. Gündəlik pedlərdən (bezlərdən) hər gün istifadə etmək.
Əslində "gündəlik" adlandırdığımız pedlər menstruasiyanın sonunda az miqdarda menstrual axıntısının olduğu günlərdə istifadə üçün nəzərdə tutulub. Hər gün belə bezlərdən istifadə edən qadında infeksiya riski artmış olur.
2. Vaginal duş.
Uşaqlıq yolu (vagina) özü özünü təmizləyən orqandır. Ginekoloqlar vaginal duşu çox ziyanlı hesab edir ki, su vaginanın normal sağlam mikroflorasını yuyub aparır. Sağlam mikrofloranın azalması nəticəsində yerli immunitet zəifləyir və bu da iltihab və infeksiyaların riskini artırır.
3. Sabundan istifadə etmək.
İntim gigiyena məqsədi ilə adi sabundan istifadə etmək və xüsusilə vaginanın daxilini yumaq qəti tövsiyə edilmir. Adi sabun vaginanın PH səviyyəsini pozur ki, bu da infeksiyanın riskini artırır. İntim gigiyena üçün PH səviyyəsi neytral olan xüsusi gellər mövcuddur. Lakin bu gelləri də vaginanın daxilini yumaq üçün istifadə etmək olmaz. Yuxarıda qeyd etdiyimiz kimi, vagina özü özünü təmizləyən orqandır.
4. Tualet vərdişləri.
Bir çoxlarımız tualet kağızından düzgün istifadə etmirik - cinsiyyət bölgəni arxadan önə tərəf deyil, öndən arxaya tərəf qurulamaq lazımdır ki, patogen mikroblar anusdan vaginaya düşməsin.
5. Gigiyenik bezlərdən düzgün istifadə etməmək.
Dolmasından asılı olmayaraq gigiyenik bezləri 3-4 saatdan bir dəyişmək lazımdır. Əks halda infeksiyanın riski artır.
scroll top