» » Azərbaycanda həkimlər xəstəyə dil tikdilər - VİDEO

Azərbaycanda həkimlər xəstəyə dil tikdilər - VİDEO


#CƏMİYYƏT
#VİDEO
Xəstəyə yeni dil tikiblər. Ölkədə ilk dəfə keçirilən bu əməliyyatı azərbaycanlı bir cərrah həyata keçirib. Əməliyyat 7 saat keçib və hazırda xəstənin vəziyyəti yaxşıdır.
ucarliyiq.biz xezerxeber.az-a istinadən bildirir ki, ümumi ankoloji müalicə alan 62 yaşlı xəstə, dilində olan şişlərdən əməliyyat olunmasaydı həyatından olacaqdı. Ancaq, həkimlər əməliyyatla ona yeni dil tikdilər.
Bakı şəhər sakini olan qadın bir neçə bağırsaq xərçəngi ilə əlaqədar kimyəvi dərman şüa müalicəsi alıb. Sonradan onun dilində bədxassəli şişlərdə əmələ gəlib. Bunun üçün Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasına müraciət edən xəstə dilindən əməliyyat olunub.
Əməliyyatı Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının ağız və üz-çənə cərrahiyyəsi şöbəsinin müdiri Məhəmməd Davudov və komandası həyata keçirib. Cərrahın sözlərinə görə, 62 yaşlı qadın xəstə dilin törəməsi ilə bağlı klinikaya müraciət edib.
Bundan sonra həkimlər xəstənin dilinin tamamilə götürülməsi ilə bağlı qərar qəbul ediblər. Əməliyyat 7 saat ərzində icra olnub və uğurlu keçib.
62 yaşlı xəstə evə buraxılıb vəziyyətidə yaxşıdır. Həkimlər onun bir-iki ay ərzində danışa biləcəyini bildirirlər.
scroll top