» » “Vicdan haqqı”nın Firası: “Yazır ki, utanmır, otelləri gəzir” - FOTO

“Vicdan haqqı”nın Firası: “Yazır ki, utanmır, otelləri gəzir” - FOTO

ucarliyiq.biz musavat.com-a istinadən aktrisa Natavan Əfəndiyeva müsahibəsini təqdim edir:
"Vicdan haqqı" serilında canlandırdığı Fira obrazından danışan aktrisa tez-tez tənqid olunduğunu deyib: "Neqativ rol oynadığıma görə tamaşaçılar məni sevmir. Düşünürlər ki, əgər serialda mənfi obrazı canlandırıramsa, deməli, real həyatda da o cür biriyəm. Keçən dəfə Gürcüstana gedirdik, sərhəddə hamı mənimlə şəkil çəkdirdi. Serial məni tanıtdı. Amma serialın bir mənfi cəhəti oldu ki, məni elə insan kimi tanıyırlar. Hətta İnstagramda "Allah Firanı öldürsün" deyə yazırlar".
- Modellikdən aktrisalığa keçdiniz. Insanların rolunuzu həqiqət sanması işinizin öhdəsindən gəldiyinizi göstərir. Yəni, sizi aktrisa kimi qəbul ediblər...
- Mən artıq model deyiləm. Məni ancaq aktrisa kimi görəcəksiniz. Tamaşaçıların xoş reaksiyaları da az olmur. Bu, qəbul olunduğumu göstrərir. Bundan sonra Moskvada da fəaliyyət göstərəcəyəm.
- "Don Morleone" filmində baş rollardan birini canlandırırdınız. Əsasən, son zamanlar komediya janrında filmlər çəkilir. Sizin filminiz isə fərqli janrda idi. Filmə olan reaksiyalar sizi qane etdimi?
- "Don Morleone"da da komediya vardı. Zarafatlar, sarkazmla olan zarafatlar idi. Hər adam onları başa düşmürdü. Biz o filmi Gürcüstana, Türkiyəyə, Rusiyaya satacağıq, hazırda dublyaj olunur. Rüstəm Cəbrayılovla uğurlu ekran işində rol aldığımız üçün sevinirik. Çoxları deyir ki, film gəlir əldə etmədi, baxılmadı. Pis film olsaydı, xarici ölkələrdən almazdılar. Keçən dəfə bir filmin təqdimatında idim. Mənə dedilər ki, sizin filmə lağ edirlər. Deyirlər ki, "Don Morleone" olma, onu sən çəkmisən? Guya, pis çəkilib. Mən təqdimatı olan filmi izləyəndə dəhşətə gəldim. Ssenraisi, çəkilisi sıfır idi. Mən ailəmi o filmə heç vaxt aparmaram. "Ala" ilə danışırdılar. Bu, tərbiyəsizlikdir. Bizə lağ edənlərin filmləri bizim filmdən qat-qat aşağıdadır.
- Özünüzə qoyduğunuz hər hansı qadağa varmı?

Interesting facts scroll top