» » Öyrənilməsi çətin olan 6 dil - FOTO

Öyrənilməsi çətin olan 6 dil - FOTO

Dünya ölkələrinin, xalqların mədəniyyətləri, onların özünəməxsus xüsusiyyətləri və cəhətləri ilə müəyyən qədər tanışsız. Ölkələri bir-birindən ayıran əsas nüanslardan biri də müxtəlif dillərdə danışmalarıdır. Belə ki, hər bir ölkənin özünəməxsus dili var. Bəzi ölkələrdə rəsmi qaydada birdən artıq dil istifadə olunur.
ucarliyiq.biz sizi dünya ölkələri arasında ən çətin öyrənilən 6 dil haqqında maraqlı faktlarla tanış edir:
Çətinliyinə görə birinci yerdə Çin dili durur. Dilin qəliz strukturu, çətin tələffüz forması onu digər dillərdən fərqləndirir. Dünya əhalisinin beşdə biri bu dildə danışır. Çin dili rəsmi olaraq Çin Xalq Respublikasında, Tayvan və Sinqapurda istifadə edilir.
Bu gün istifadə edilən ərəb dili ilk dəfə 6-cı əsrdə danışılan klassik Ərəb dilinin inkişaf etmiş formasıdır. Ərəb dilində sözlərin cümlənin əvvəlində, ortasında və sonunda dəyişik formada işlənməsi ilə yanaşı, xüsusi səslərlə tələffüzü də bu dilin öyrənilməsini olduqca çətinləşdirir.
Vyetnam dili Vyetnamın rəsmi və milli danışıq dilidir. Vyetnam dilinin tərkibi Çin dilindən alınma sözlərlə doludur. Ümumilikdə isə Vyetnam əlifbasındakı bəzi hərflər və işarələr Latın dilini də xatırladır. Çin dili ilə yaxından bağlılığı onu çətin dillər sırasında 3-cü yerdə qərarlaşdırıb.





Interesting facts scroll top