» » Pis tər qoxusunun 5 TƏHLÜKƏLİ SƏBƏBİ

Pis tər qoxusunun 5 TƏHLÜKƏLİ SƏBƏBİ


#MARAQLI

Tərin 98-99%-ni adi su təşkil edir və bu səbəbdən normada tərin heç bir pis spesifik qoxusu yoxdur.
ucarliyiq.biz saglamolun.az-a istinadən bildirir ki, sağlam insanda pis tər qoxusunun əsas səbəbləri bunlardır:

- gigiyena qaydalarına tam şəkildə riayət etməmək,
- sintetik, havanı buraxmayan paltar, corab
- çoxlu soğan-sarımsaq, yağlı, qızardılmış, ədviyyatlı qidaları istehlak etmək.
Hamiləlik zamanı və yeniyetməlik dövründə tərin qoxusu daha kəskin ola bilər. Bunun səbəbi  orqanimzdə gedən ciddi hormonal dəyişikliklərdir. Bu hal müvəqqəti xarakter daşıyır.
Lakin bəzən pis tər qoxusunun səbəbi hər hansı xəstəlik və ya pozulma da ola bilər.
Bu pozulmalar arasında:
1. Böyrək xəstəlikləri.
2. Qaraciyər xəstəlikləri.
3. Endokrin sistemi xəstəlikləri (böyrəküstü vəzi, qalxanvari vəzi xəstəlikləri, şəkərli diabet)
4. Qadınlarda hormonal pozulmalar.
5. Həzm sistemi xəstəlikləri.
Əgər pis tər qoxusu sizi çox narahat edirsə, bu qoxunu aradan qaldırmaq mümkün deyilsə, mütləq həkimə müraciət edin.
scroll top