» » Baş həkimdən qolu sınan uşağın ölümü ilə bağlı AÇIQLAMA

Baş həkimdən qolu sınan uşağın ölümü ilə bağlı AÇIQLAMA

Baş həkimdən qolu sınan uşağın ölümü ilə bağlı AÇIQLAMA

#HADİSƏ
#CƏMİYYƏT

#SƏHİYYƏ
#UŞAQ
"Ağdaş Mərkəzi Rayon Xəstəxanasında 9 yaşlı uşağın ölümünə anafilaktik şok səbəb olub". 
ucarliyiq.biz xəbər verir ki, bunu azvision.az-a açıqlamasında xəstəxananın baş həkimi Nuriyev Nuri deyib.
Onun sözlərinə görə, 2008-ci il təvəllüdlü Qəbələ rayon Qaradeyin kənd sakini Mehralıyev Seymur Qoşqar oğlu dünən saat 17:04 radələrində sağ said sümüyünün sınığı xəsarəti ilə xəstəxanaya gətirilib. 
"Cərrahiyə əməliyyata başlamazdan öncə metilin iynəsi vurularkən xəstə anafilaktik şok keçirib. Ölümünə səbəb anafilaktik şok olub. Ürək dayanıb və bütün lazimi tədbirlər görülməsinə baxmayaraq, 10 dəqiqə ərzində ürəyi bərpa etmək mümkün olmayıb, xəstə rəhmətə gedib. Hər bir əməliyyatda anafilaktik şok baş verə bilər. Düzdür, nadir hallarda baş verir və xəstəni vəziyyətdən çıxarmaq olur. Təəssüf ki, xəstənin həyatını xilas etmək mümkün olmadı". 

Baş həkim bildirib ki, uşağın meyit yarılıb və ekspertiza təyin edilib: "Patoloji anatomik təşrihdən sonra xəstənin ölüm səbəbi dəqiq bilinəcək".
Qeyd edək ki, xəstəni qəbul edən həkim İdris Əliyev azyaşlının əməliyyat olunmasını məsləhət görüb. Uşağı əməliyyata hazırlayan həkim Nizaməddin Məsimov ona narkoz verib. Azyaşlı əməliyyata girərkən qəfildən ölüb.
scroll top