» » "SAY: Solidarity" başa çatıb - FOTO

"SAY: Solidarity" başa çatıb - FOTO

Yayın ən böyük layihələrindən biri olan "SAY: Solidarity" layihəsi başa çatdı.
2017-ci il Azərbaycanda "İslam Həmrəylik" ili kimi qeyd olunur. Məhz bu səbəbdən "İRƏLİ" İctimai Birliyi bu dəfə gəncləri "həmrəylik" adı altında topladı. "SAY: Solidarity" (Gənclərin Həmrəylik Düşərgəsi) layihəsi Azərbaycanda İslam həmrəyliyinin möhkəmləndirilməsində gənclərin rolunun artırılması, tolerantlıq prinsiplərin və yaşıl "düşüncənin" formalaşdırılması, mədəniyyətlərarası təbliğatda gənclərin aktiv iştirakını təmin etməklə, ümumillikdə gənclər şəbəkəsinin inkişafına nail olmaq əsas məqsəd olaraq müəyyən edilib. Reallaşdırılan layihə çərçivəsində ümumilikdə 100-dən artıq gənc iştirak edib.
Bağlanış mərasimi Balakən rayon Heydər Əliyev adına parkında baş tutub. Layihə iştirakçıları Balakən Rayon İcra Hakimiyyəti tərəfindən hazırlanmış konsert proqramında layihə haqqında olan fikirlərini bölüşüb, başda "İrəli" İctimai Birliyinin sədri MirHəsən Seyidov olmaqla təşkilati heyətə təşəkkürlərini bildirib.
Çıxış edən "İrəli" İctimai Birliyin sədri MirHəsən Seyidov hər zaman dövlət siyasətini dəstəklədiklərini qeyd edib. Təşkilat olaraq hər il Gənclər paytaxtı seçilən regionda böyük layihələr həyata keçirərək gənclər arasında əlaqələrin genişlənməsindən və bunun gələcəkdə verəcəyi müsbət nəticələrdən danışıb.
Balakən rayon Gənclər və İdman İdarəsinin rəisi Rasim Pacalov Balakən rayonun fəaliyyətindən danışıb, layihə iştirakçılarının Balakən rayonunda görməkdən şad olduqlarını bildirib.





scroll top