» » Təxəyyül və məntiqin vəhdəti - SU ÜZƏRİNDƏ RƏSM - FOTO

Təxəyyül və məntiqin vəhdəti - SU ÜZƏRİNDƏ RƏSM - FOTO

Təxəyyül və məntiqin vəhdəti - SU ÜZƏRİNDƏ RƏSM - FOTO
Türk xalqı vətənpərvərliyi və adət-ənənələrə sadiqliyi ilə daim digər millətlərdən seçilib. ucarliyiq.biz bildirir ki, xalq öz qürur mənbəyi sayılan folklor nümunələri, tarixi abidələri və digər dəyərlərini bu gün də göz bəbəyi kimi qoruyur. Dekorativ tətbiqi sənət nümunəsi sayılan ebru buna sübutdur.
Ebru - su üzərində rəsm çəkmə sənətidir. Bu söz çağatay dilində "dalğavari", farsca "bulud" və ya "suyun üzü", ərəbcə isə "üz üçün su" mənalarını daşıyır.
Ebru sənətinin yaranması haqda heç bir mənbədə səhih məlumat yoxdur. Lakin bir sıra tarixi qaynaqlarda XIII əsrdə Səmərqənddə, daha sonra isə, İranın Herat ərazisində yaşayan sənətkarların ebru ilə məşğul olduqları haqda məlumatlar var. İddia olunur ki, ebrunun vətəni Hindistandır və farslar bu sənəti hindlilərdən, osmanlı türkləri isə farslardan öyrəniblər.
Yaranma tarixi
Maraqlı bir mənbəyə görə, bu sənəti Türkiyədə azərbaycanlılar dəb halına salıb. XVI əsrdə Şah İsmayılla Yavuz Sultan Səlim arasındakı müharibədən sonra, Azərbaycan sənətkarlarının çoxu İstanbula köçüb. Nəticədə ebru sənəti Azərbaycandan türklərin əlinə keçib. Hərb müdaxiləsindən sonra ebru sənətində də müəyyən üslub dəyişiklikləri baş verib. Hazırda bu sənəti türk ebruzənləri qoruyub yaşadırlar.
Ebru sənəti də kağız kimi, "İpək yolu" vasitəsi ilə şərqdən qərbə doğru yayılıb. Ən qədim ebru nümunəsi 1447-ci ilə aiddir və Topqapı Sarayında qorunub saxlanılır. Ebru sənətinin çiçəklənmə dövrü Osmanlı imperiyasının hakimiyyəti illərinə təsadüf edir. Bu dövrdə yaşamış ebruzənlərin əsərləri ebru tarixinin ən dəyərli inciləri hesab olunur.
Osmanlı imperiyasının hakimiyyəti dövründə rəsmi sənədlər və müqavilələrdə ebrulu kağızlardan istifadə olunurdu. Əsas məqsəd isə sənədlərin təhrif edilməsinin qarşısını almaq idi. Çağdaş dövrün kağız pulları və digər əhəmiyyətli sənədlər üzərindəki qarışıq naxış və ornamentlərin olması da bundan qaynaqlanır.
Ebru tarixində bugünədək araşdırılan ilk ebruzən "şəbək" təxəllüsü ilə tanınan Mehmet Əfəndidir. Şəbəkin yaradıcılığından başlayan yolu bu gün türk ebruzənləri layiqincə davam etdirirlər.
Sevindirici haldır ki, son illər bu sənət Azərbaycanda da yetərincə məşhurluq qazanıb. Artıq vətənimizdə ebru dərnəkləri fəaliyyət göstərir.






scroll top