» » Bu populyar dərman ÖLÜM riskini artırır

Bu populyar dərman ÖLÜM riskini artırır


#MARAQLI

Mədədə qıcqırma, turşuluğun artması zamanı biz əksər hallarda həkimlə məsləhətləşmədən qıcqırma əleyhinə preparatları qəbul edirik.
ucarliyiq.biz saglamolun.az-a istinadən bildirir ki, bir çox ailələrdə belə dərmanlar dərman qutusunda daim saxlanılır və yerli-yersiz istifadə olunur. Lakin son elmi araşdırmalar göstərir ki, "ziyansız" zənn etdiyimiz bu dərmanlar heç də belə deyillər.
Tibdə bu dərmanlar "proton pompası inhibitorları" (PPİ) adlandırılır. Bu dərman qrupuna çox populyar omeprazol, ezomeprazol, lansoprazol və s. aiddir. Bu preparatlar bir çox həzm sistemi xəstəliklərinin müalicəsində (qastrit, xora xəstəliyi, duodenit, reflüks ezofagit və s.) istifadə olunur.

Xarici mətbuatın məlumatına görə, Amerika alimləri araşdırmalar zamanı aşkar ediblər ki, PPİ qrupuna aid olan dərmanların çoxlu sayda ciddi yanaşı təsirləri var: ürək və böyrək xəstəlikləri, sınıqlar və pnevmoniyanın riskinin artması və s.
Ən təhlükəlisi isə odur ki, uzun müddət ərzində qəbul olunduqda bu preparatlar vaxtından tez ölümün riskini 25% artırır.
Yalnız ABŞ-da bu dərmanı 50 mln.-dan çox insan qəbul edir və alimlərin fikrinə görə, bir çox insanlar bu preparatlardan sui-istifadə edir ki, bu da onlarda ölüm riskini artırır.
Mütəxəssislər belə dərmanları yalnız həkimlə məsləhətləşdikdən sonra qəbul etməyi və qıcqırma ilə mümkün qədər digər üsullarla (qidalanmada dəyişikliklər etməklə, siqaret çəkməkdən imtina etməklə və s.) mübarizə etməyi tövsiyə edirlər.
scroll top