» » Bakıda 25 nəfəri gün vurdu: 26 şəxsi isə ilan - yayın statistikası

Bakıda 25 nəfəri gün vurdu: 26 şəxsi isə ilan - yayın statistikası


#HADİSƏ
#CƏMİYYƏT
#HAVA

#SƏHİYYƏ
"Bakıda yay mövsümü başlayandan - iyunun 1-dən indiyə qədər günvurma ilə əlaqədar 25 nəfər həkimə müraciət edib".
ucarliyiq.biz xəbər verir ki, bunu Trend-ə Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının (BTTTYS) Əməliyyat və hospital təşkili üzrə şöbənin böyük həkimi Bənövşə Quliyeva deyib.
Onun sözlərinə görə, həmin şəxslərin 9-u xəstəxanaya yerləşdirilib.
Günvurma ilə bağlı müraciət edənlərin 20-si böyük, 5-i uşaq olub. Böyüklərin 6-sı, uşaqların isə 2-si xəstəxanaya yerləşdirilib. İndiyədək günvurma hadisəsindən ölüm hadisəsi baş verməyib.

B.Quliyeva əlavə edib ki, iyunun 1-dən indiyədək 26 nəfər ilan sancma ilə əlaqədar BTTTYS-yə müraciət edib. Onların 25-i xəstəxanaya yerləşdirilib, 1-nə isə hadisə yerində yardım göstərilib. Xəstəxanaya yerləşdirilən xəstələrin 2-si uşaq olub.
B.Quliyeva bildirib ki, ilan sancmaları ilə bağlı müraciətlər daha çox Bakıətrafı ərazilərdən - Pirşağı, Türkan, Maştağadan daxil olub. Müraciət edənləri ilan əsasən, özlərinin həyətyanı sahələrində sancıb. İlan sancmalardan ölüm halları baş verməyib.
Interesting facts scroll top