» » Məşhurlar haqda maraqlı faktlar - FOTO

Məşhurlar haqda maraqlı faktlar - FOTO

Məşhurlar haqda maraqlı faktlar - FOTO
ucarliyiq.biz axşam.az-a istinadən xarici KİV-ə istinadən məşhurlar haqda heç vaxt eşitmədiyiniz faktlar barədə məlumat verir:
Müğənni Madonna - məşhur olmamışdan əvvəl çörək bişirən bir mağazada işə düzəlib. Onun ilk iş günü elə son iş günü olub. Belə ki, təsadüfən müştərilərdən birinin üzərinə jele töküb. Bundan sonra əsəbləşən müdir onu işdən çıxarıb.

Aktyor Riçard Gir - 1974-cü ildə Silvestr Stalloni ilə eyni filmə çəkilirmiş. Nahar vaxtı həmkarlar yemək yeyib. Qəfil Riçardın əlində olan xardal Silvestrın pəncəyinin üstünə dağılıb. Stalloni əsəbləşərək Girlə mübahisə edib. Sonra rejissora seçim etməyi bildirib. Çıxılmaz vəziyyətdə qalan rejissor sonda Silvestrı seçib və Riçard o filmə çəkilməyib.

Aktyor Rayan Qoslinq - filmlərdən birində ata rolunu oynamaq təklif olunur. Təklifi qəbul edən Riçard düşünür ki, obrazı üçün kökəlməlidir. Bu barədə heç kimə heç nə deməyən Rayan bir həftəyə xeyli çəki yığır. Rejissor Qoslinqi kök görüb onu filmə çəkmək fikrindən vaz keçir.

Aktyor Damon Vayans - komediya ustası kimi tanınır. İlk dəfə filmə çəkilərkən rejissor tərəfindən qovulmuşdur. Səbəbi isə aktyorun rejissorun dediyi kimi yox, istədiyi kimi obraza girməsi olub.





scroll top