» » Böyürtkənin faydaları

Böyürtkənin faydaları



Göz sağlamlığına yaxşı təsir göstərir: böyürtkən antosiyaninlər və vitamin C ehtiva etməsi səbəbi ilə makuladistrofiya hallarına qarşı qorumanı təmin edir.
ucarliyiq.biz deyerler.org-a istinadən bildirir ki, yaşlanma ilə əlaqədar yaranan makuladistrofiya və kataraktaya qarşı qorumanı təmin etdiyi kimi, mərkəzi görmə itkisinə səbəb xəstəliklərin yaranmasının da qarşısını alır.
Xərçənglə mübarizə aparır: böyürtkən meyvəsi ağciyər xərçəngi və kolon xərçəngi də daxil olmaqla bir çox xərçəng növünün inkişafının qarşısını almaqda təsirlidir. Böyürtkəndə mövcud olan mikro qidalar xərçəng hüceyrələrin çoxalmasında əngəlləyici funksiya daşıyır.
Antioksidant mənbəsidir: böyürtkən müxtəlif formalarda bədənin qorumasını təmin edən bol miqdarda güclü antioksidant ehtiva edir. Fenollar, turşular və flavonoidlər böyürtkənin sahib olduğu antioksidant komponentlərinndən bəziləridir.

Sümük sağlamlığını qoruyur: güclü sümük quruluşunu təmin etmək üçün müntəzəm olaraq böyürtkən istehlakı təklif edilir. Böyürtkən sümük sağlamlığı üçün olduqca vacib olan kalsium, K vitamini, sink, dəmir, fosfor, manqan, dəmir və maqneziumu özündə ehtiva edir. K vitamini istehlakı kalsiumun sümüklər tərəfindən mənimsənilməsində əhəmiyyətli rol oynayır.
Interesting facts scroll top