» » 100 qram əzvay, 500 qram qoz, 4 limonla GÖZLƏRİNİZİ KOMPÜTERDƏN QORUYUN

100 qram əzvay, 500 qram qoz, 4 limonla GÖZLƏRİNİZİ KOMPÜTERDƏN QORUYUN



Müasir dövrdə kompüterlər, planşetlər, smartfonlar nə qədər işimizə və əyləncəmizə yarayırsa bir o qədər də sağlamlığımıza ziyan vurur. İlk növbədə isə gözlərimiz ağır zərbələrə məruz qalır. Sözsüz ki, həyatımızı bu əşyalarsız da təsəvvür etmək mümkün deyil. Bəs çıxış yolu nədədir?
ucarliyiq.biz modern.az-a istinadən sağlamlıqla bağlı növbəti yazını təqdim edir.
Təbii ki, gündəlik istifadə etdiyimiz kompüterlərin, yaxud smartfonların gözlərimizə vurduğu ziyanı minimum səviyyəyə endirmək üçün ilk çıxış yolu profilaktik tədbirlərin həyata keçirilməsidir.
Xalq təbabətində görmə qabiliyyətinin zəifləməsinə qarşı mübarizə aparan bir çox üsullar var. Onlardan biri də təbii qida məhsullarından hazırlanan və hələ zamanında dünya şöhrətli göz həkimi akademik Filatov tərəfindən tövsiyə olunan vasitədir.
Bunun üçün aşağıdakı qarışığı hazırlamaq lazımdır:
1. 100 qram əzvay (aloe) bitkisinin şirəsi
2. 500 qram təmizlənmiş qoz
3. 3-4 limonun şirəsi

Bunlar yaxşı qarışdırıldıqdan sonra ağzı kip bağlı şüşə qabda 7 gün qaranlıq və sərin yerdə saxlanılmalıdır. Səkkizinci gün səhər saatlarında şüşə qabın ağzı açılaraq 1 saat günəş şüalarının altına qoyulmalıdır. Bunu saat 11-12 radələrinə qədər etmək tövsiyə olunur. Nəhayət bir saatdan sonra "sehrli qarışıq" istifadə üçün hazırdır.
Bu qarışıq gün ərzində 3 dəfə qida qəbulundan 30 dəqiqə əvvəl bir xörək qaşığı qəbul edilməlidir.
Qarışığı hazırlayarkən 3-4 illik əzvay bitkisindən istifadə olunmalıdır.
Bu qarışıq görmə qabiliyyətini yaxşılaşdırmaqla yanaşı bədəni qüvvətləndirir, orqanizmin immunitetini də gücləndirir.
Gözlərinizi qoruyun ki, dünyanın gözəlliklərini daha aydın seyr edə biləsiniz.
Interesting facts scroll top