» » İŞİD-in "ölüm maşınları" ələ keçirildi - FOTO

İŞİD-in "ölüm maşınları" ələ keçirildi - FOTO

"Ölüm maşınları" adlanan bu avtomobillər "İraq və Şam İslam Dövləti" (İŞİD) terror təşkilatının döyüşlərdə istifadə etdiyi ən effektiv silahlardan biridir.
"Canlı bomba"ların idarə etməsi üçün nəzərdə tutulmuş onlarla avtomobil indi İraqın Mosul şəhərindəki qarajlardan birindədir.
ucarliyiq.biz NBC-yə istinadən bildirir ki, "ölüm maşınları"nın tam əksəriyyəti adi, standart off-rouderlərdir. Belə maşınlara dünyanın istənilən ölkəsində, o cümlədən İraqda yollarda rast gəlmək adi, rutin məsələdir.
Fəqət, İŞİD terrorçuları həmin adi maşınların önünə və yanlarına polad lövhələr qaynaq edərək partlayışlar vasitəsinə çeviriblər.















scroll top