» » Yemişin SAĞLAMLIQ üçün 7 mühüm faydası

Yemişin SAĞLAMLIQ üçün 7 mühüm faydası


#MARAQLI

Yemiş desert tərəvəz sayılır. Yemişin bir çox faydalı və müalicəvi xüsusiyyətləri var.
ucarliyiq.biz saglamolun.az-a istinadən bildirir ki, yemişin tərkibində A, B qrupu, E, PP vitaminləri, bir çox minerallar (kalium, kalsium, maqnezium, sink, mis, dəmir, ftor, fosfor və s.), qidalı liflər var. Belə zəngin tərkibin sayəsində yemiş bir çox orqan və sistemlər üçün faydalıdır.

1. Kalium və maqneziumla zəngin olan yemiş ürək-damar sistemi üçün olduqca faydalıdır, ürəyə olan gərginliyi azaldır, ürəyin fəaliyyətini yaxşılaşdırır, ürək əzələsini möhkəmləndirir.
2. Yemiş qan üçün çox faydalıdır. Onun tərkibində qanın keyfiyyətini yaxşılaşdıran dəmir, mis, fol turşusu var.
3. Yemiş antisstress təsirə malikdir - əhval-ruhiyyəni yaxşılaşdırır, stressi azaldır, yuxusuzluğu aradan qaldırır.
4. Qidalı liflərlə zəngin olan yemiş bağırsaqların fəaliyyətini yaxşılaşdırır, bağırsaq xərçənginin riskini azaldır, qanda xolesterolun səviyyəsini aşağı salır.
5. Yemiş böyrəklər və sidik kisəsi üçün faydalıdır.
6. Yemiş qaraciyəri təmizləyir, qaraciyərin fəaliyyətini yaxşılaşdırır.
7. Yemiş təbii afrodiziak (cinsi həvəsi artıran maddə) sayılır. Yemiş və xüsusilə onun toxumları qədim zamanlardan potensiyanı (kişi gücü) artıran təbii vasitə kimi tanınır.
Interesting facts scroll top