» » "15 iyul gecəsi Türkiyənin gələcəyini qazandıq" - Ərdoğan - FOTO

"15 iyul gecəsi Türkiyənin gələcəyini qazandıq" - Ərdoğan - FOTO

"15 iyul gecəsi Türkiyənin gələcəyini qazandıq" - Ərdoğan - FOTO
Bu gün Türkiyədə hərbi çevrilişə cəhd hadisələrinin 1 ili tamam olur.
ucarliyiq.biz "qafqazinfo"-ya istinadən xəbər verir ki,FETÖ terrorçularına çevriliş izni verməyən xalq bu gün həmin zəfərin 1 ilini bayram kimi qeyd edir.
Hazırda İstanbulun 4 tərəfindən minlərlə insan hadisələrin başladığı yer olan 15 iyul Şəhidlər Körpüsünə doğru hərəkət edir.
"Milli Birlik" yürüşü adı altında hərəəkət edən böyük kütlənin Bakı vaxtı ilə 21:00-da körpüyə çatması gözlənilir. Baş nazir Binəli Yıldırım da yürüşdə iştirak edəcək.
22:30-da prezident Rəcəb Tayyib Ərdoğan körpüdə keçiriləcək tədbirdə çıxış edəcək. Daha sonra qanlı gecədə şəhid olan 249 nəfərin xatirəsinə ucaldılan abidənin açılışı olacaq.
Sadəcə İstanbulda deyil, Türkiyənin 81 vilayətində də anım tədbirləri keçiriləcək. Xalq gecəni meydanlarda demokratiya növbəsində keçirəcək.
***
Baş nazir Binəli Yıldırımla birlikdə minlərlə insan tədbirin keçiriləcəyi körpüyə çatıblar.
***
Ərdoğan həyat yoldaşı Əminə Ərdoğan, qızı Esra Ərdoğan və kürəkəni, həmçinin, təbii sərvətlər naziri Berat Albayraqla birlikdə anım tədbirinin keçirildiyi məkana gəlib.
Prezidentin gəlişindən sonra 15 iyul hadisələrində şəhid olanların xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Sonra İstiqlal marşı oxunub və Quran tilavət edilib.







Interesting facts scroll top