» » Ac qalmamaq üçün doğmalarının ətini yedilər... - FOTO

Ac qalmamaq üçün doğmalarının ətini yedilər... - FOTO

Ac qalmamaq üçün doğmalarının ətini yedilər... - FOTO
1972-ci ilin oktyabr ayında "Old Cristians" reqbi klubunun oyunçularının qohumları və sponsorları ilə birgə Uruqvaydan Çiliyə uçduqları təyyarə qar fırtınası ilə rastlaşır və dağla toqquşub, qəzaya uğrayır.
ucarliyiq.biz bildirir ki, təyyarənin göyərtəsində cəmi 45 sərnişin var idi. Onların 12-si qəza zamanı həlak olur. Yerdə qalanlar isə sağ qalmaq uğrunda mübarizəyə başlayırlar. Onlar qardan içməli su toplayır, öz sidikləri ilə ayaqlarını və əllərini isidirdilər.
Bir neçə gündən sonra həlak olanları yeməyə qərar verirlər. Öz doğmalarını və dostlarını çeynəmək qorxusu insanları dəhşətə gətirirdi. Buna baxmayaraq, didərgin həyatın elə ilk həftəsində hər kəs hannibala (adamyeyən) çevrilir.
Axtarış əməliyyatı qrupları bəmbəyaz qara bürünmüş dağların arasında qəzaya uğramış təyyarənin hissələrini görə bilmirdilər. "Adamyeyənlər" isə SOS yazmaq üçün rəng tapa bilmirdilər.
2 həftədən sonra qar uçqunu daha 8 nəfərin ölümünə səbəb olur. Bu isə digərlərinin həyatda qalmağına kömək edir.


scroll top