» » Qədim sivilizasiyaların ən qəribə kulinar adətləri - FOTO

Qədim sivilizasiyaların ən qəribə kulinar adətləri - FOTO

Qədim sivilizasiyaların bir çox adətləri çağdaş insana qəribə və təəccüblü gəlir. Bura həmçinin onların kulinar adətləri də aiddir.
ucarliyiq.biz qədim sivilizasiyaların ən qəribə və heyrətamız kulinar adətlərinin siyahısını təqdim edir.
Pivə
Dünya tarixində ilk pivə eramızdan 7000 min il öncə qədim Çində hazırlanıb. İranda aparılmış arxeoloji qazıntılar zamanı isə bəlli olub ki, burada pivənin tarixi eramızdan 3500-3100 il əvvələ təsadüf edir.
Mənbələrə görə, pivə hazırlayan ən qədim xalq şumerlərdir. Şumer qadınları pivəni bir qayda olaraq, arpa çörəyindən hazırlayırdılar. Şumerlərin pivəsi sıyıq qatılığında olurdu və onu saman çöpü vasitəsilə içirdilər.
Çətənə
Çətənə isə qədim Avrasiya xalqlarının qida mədəniyyətinin özülünü təşkil edirdi. Çətənənin toxumundan insanlar un, yağ hazırlayır, sıyıq bişirirdilər. Eramızdan öncə Tsin Xan hakimiyyəti dövründə çətənə Çin əhalisinin əsas qida mənbəyini təşkil edirdi. O, arpa, düyü və soya qədər faydalı və zəruri ərzaq sayılırdı.
Çətənə yağını bu gün Amerika və Avropa xalqları şəfalı vasitə sayırlar. O adi mağazalarda faydalı bitki yağı kimi satışa qoyulur. Bu yağın xərçəng üzərində müsbət təsiri də sübuta yetirilib. Çətənə yağı həmçinin, görmə qabiliyyətini yaxşılaşdırır.
Hindlilərin sevimli dana əti

Qədim sivilizasiyaların ən qəribə kulinar adətləri - FOTO



Interesting facts scroll top