» » Nasistlərə meydan oxuyan YƏHUDİ QADIN - FOTO

Nasistlərə meydan oxuyan YƏHUDİ QADIN - FOTO

Nasistlərə meydan oxuyan YƏHUDİ QADIN - FOTO
1300 yəhudi uşağını ölümdən xilas edən Oskar Şindlerin adı hər kəsə məlumdur. Lakin nədənsə öz həyatını təhlükəyə ataraq 2500 yəhudi uşağını nasistlərin əlindən qurtaran qadın haqda bir çox şəxsin məlumatı yoxdur.
ucarliyiq.biz xəbər verir ki, 1999-cu ildə İsrailin kütləvi informasiya vasitələri qadın Şindler adını verdikləri İrena Sendler haqda məqalələr dərc etməyə, verilişlər hazırlamağa başlayırlar.
İsrail mediası II Dünya Müharibəsi zamanı 2500 yəhudi uşağını nasistlərin əlindən xilas edən İrenaya "dünyanın xilaskarı" adını verir.
İrena Sendler kim idi
Bu cəsur qadın 1910-cu ildə Polşanın Varşava şəhərində doğulub. İrenenin 7 yaşı tamam olanda atası dünyasını dəyişir. O, sonralar sevimli atasını belə xatırlayırdı: "Atam həkim idi, o, kasıb xəstələri pulsuz müayinə edirdi və hər zaman mənə deyirdi ki, kiminsə suda boğulduğunu görsən, üzməyi bacarmasan belə suya tullanıb, onu xilas et". Yəqin ki, mən onun sayəsində belə mərhəmətli insana çevrilmişəm.
Xilaskar qadın
İrena xilas etdiyi uşaqların taleyini xatırlayarkən bildirirdi ki, onları valideynlərinin əlindən almaq çox çətin idi. Bəzən biz balacaları ailələrindən alıb, təhlükəsiz zirzəmilərə aparırdıq. Ertəsi gün gəlib, görürdük ki, alman ordusu valideynləri qətl edib. İrena uşaqları yəhudi ailələrindən alıb, polşalı ailələrə verir, daha sonra isə uşaq evlərinə və monastırlara yollayırdı.
Cəsur İrena



Interesting facts scroll top