» » Snapchat-ın sahibi ilə məşhur modelin gizli toyu oldu - FOTO

Snapchat-ın sahibi ilə məşhur modelin gizli toyu oldu - FOTO

Dünyanın ən məşhur modellərindən biri, 34 yaşlı Miranda Kerr və Snapchat servisinin sahibi, 26 yaşlı milyarder Evan Şpigelin toyu olub.
ucarliyiq.biz TMZ-yə istinadən bildirir ki, toy İngiltərənin Esseks qraflığındakı Brentvud şəhərinin kənarında, E.Şpigelin malikanəsində olub.
Cəmi 45 qonağın dəvət olunduğu toya media mənsubları buraxılmayıblar.
Avstraliyalı Miranda Kerrin gəlinlik paltarı "Christian Dior" moda evinin rəhbəri Mariya Qrasiya Kürinin əsəri idi.
"Miranda nağıllardakı şahzadələrin paltarından istəyirdi. Mən də sadə, eyni zamanda ecazkar paltar hazırlamağa çalışdım", - Küri deyib.


scroll top