» » Erməni şou ulduzu: "Mənim uşaqlığım olmayıb, heyfislənirəm" - FOTO

Erməni şou ulduzu: "Mənim uşaqlığım olmayıb, heyfislənirəm" - FOTO

Erməni şou ulduzu: "Mənim uşaqlığım olmayıb, heyfislənirəm" - FOTO
"Məşhur ailənin mənsubu olduğum üçün uşaqlığım olmadı. Daim kameralar qarşısında, medianın diqqətində yaşadım. Halbuki adi, sadə həyatı arzulayırdım. Mən də istəyirdim məktəbdə çoxlu rəfiqələrim olsun, oynayım, deyim-gülüm. Alınmadı".
ABŞ-ın ən məşhur realiti-şou ulduzlarından biri, pornoqrafik videoları yayılandan sonra populyarlaşan Kim Kardaşyanın bacısı Kayli Cenner belə deyir.
ucarliyiq.biz bildirir ki, E! telekanalı 19 yaşlı K.Cennerə həsr olunmuş "Life Of Kylie" şousunu çəkib.
Uşaqlıq illdərindən "Keeping Up With The Kardashians" realiti-şousunun iştirakçısı olmuş K.Cennerin dediyinə görə, yaşamı Kim Kardaşyan, Xloya Kardaşyan, Kortni Kardaşyan və  Kendal Cennerin məşhurluğunun kölgəsində keçib.
"Məktəbi bitirdim, amma sinif yoldaşlarımla məzunlar gecəsində birgə fotom da yoxdur. Bunu düşünəndə qüssələnirəm", - K.Cenner deyib.






scroll top