» » Göz ovuşdurmağın zərərləri

Göz ovuşdurmağın zərərləri



Gün ərzində gözləri qaşımaq bir çoxumuz üçün adi bir hərəkət olsa da, mütəxəssislər, gözləri tez-tez qaşımaq və ovuşdurmağın bir çox xəstəliyə səbəb ola biləcəyini deyib.
ucarliyiq.biz deyerler.org-a istinadən bildirir ki, mütəxəssislər bu mövzu barəsində ətraflı məlumat verdilər: "Gözlərimiz görmə hissiyyatımızı təmin edən ən mühüm orqanlarımızdan biridir. Gözümüzün qarşı səthində şəffaf təbəqə olan buynuz təbəqəsi vardır. Bu təbəqə həddən artıq təzyiq və travmaya səbəb olan göz ovuşdurmasına görə nazikləşir, zədə meydana gəlir. Bu isə bir çox xəstəliyə səbəb olur. Bu xəstəliklərdən biri də Keratokonusdur. Bu xəstəliyin erkən mərhələlərində görmədə bir problem yoxdur, xəstəlik inkişaf etdikcə, yaxından görmədə çətinlik və astiqmatik qüsurlar ortaya çıxmağa başlayır. İlk dövrlərdə yaranan görmə problemi eynək ilə bərpa edilir, xəstəlik inkişaf etdikcə eynəklə düzəldilməyən görmə problemləri ortaya çıxmağa başlayır.
Əlavə müalicə üsulları kontakt linza, buynuz halqa müalicələri də mövcuddur. Burada əhəmiyyətli olan xəstəliyin erkən müəyyən edilib, diaqnoz qoyulması və müalicənin başlamasıdır. Xəstələrimizin diqqət etməli olduğu önəmli hal, gözlərini həddən artıq qaşımaq və ovuşdurmaqdan uzaq olmasıdır. Keratokonustan qorunmaq üçün illik göz müayinəsindən keçmək də mühümdür".
scroll top