» » Yer fıstığı yeyin, Alzheimerə yoluxmaqdan xilas olun

Yer fıstığı yeyin, Alzheimerə yoluxmaqdan xilas olun



Yer fıstığını müntəzəm olaraq, istehlak etməklə böyrək daşı və alzheimer kimi xəstəliklərdən qorunacağınızı heç bilirdiniz?
ucarliyiq.biz deyerler.org-a istinadən bildirir ki, paxlalıkimilər fəslindən olan yer fındığı ləzzətli olmaqla yanaşı, tərkibindəki vitamin, mineral, bitki komponentləri və zülallar sayəsində orqanizmə verəcəyi faydalara inanmayacaqsınız.
B3 vitamini ilə zəngin olmaqla, yer fıstığı "beyin qidası" kimi adlandırılır. B3 beyin funksiyalarını və yaddaşı inkişaf etdirir.
Omega 3 yağının turşuları və C vitamini tərkibi ilə saç tökülməsinin qarşısını alır. Yer fıstığı digər maddələrlə dazlaşmaya qarşı müalicədə də istifadə edilir.
 
Yer fısdığının içərisindəki polifenolik turşuları əsəb sağlamlığı üçün faydalıdır. Bu səbəblə əsəblərlə bağlı bütün xəstəliklərə qarşı qoruyucudur. Alzheimer xəstəliyi bunlardan sadəcə biridir.
Aparılan araşdırmalara görə gündə 30 qram yer fıtsığı yemək böyrək daşlarının yaranması riskini 25% azaldır.
Tərkibində enerji mənbəyi olan bir çox vitamin və mineral var. Gözlə görünən bir enerji artımını təmin edir.
Fol turşusu ilə zəngin tərkibi və uşaqlarda nevroloji problemlərin rast gəlmə riskini azaltması səbəbiylə hamilələr üçün də faydalı bir qidadır.
 
Yer fıstığı həftədə sadəcə iki dəfə yemək kolorektal xərçəngə yoluxma riskini azaldır.
Yağ və kalori tərkibli olmasına baxmayaraq, piylənmənin qarşısını alır və arıqlamağa kömək edir.
C vitamini və kollagen tərkibi sayəsində dəridə rəng dəyişikliklərinə və qırışlara mane olur.
Yer fıstığının təkibində olan yağ turşuları müsbət xolesterini artırır, mənfi xolesterini aşağı salır. Bununla yanaşı, infarkt riskini də azaldır.
scroll top