» » Mingəçevirdə toyda zəhərlənmə: 10 nəfər xəstəxanalıq oldu

Mingəçevirdə toyda zəhərlənmə: 10 nəfər xəstəxanalıq oldu

Mingəçevirdə toyda zəhərlənmə: 10 nəfər xəstəxanalıq oldu

#ZƏHƏRLƏNMƏ
Mingəçevir şəhərinin Energetik yaşayış massivində yerləşən "Ağsaray" şadlıq sarayında zəhərlənmə faktı qeydə alınıb.
ucarliyiq.biz report-a istinadən xəbər verir ki, toy məclisində qəbul edilmiş keyfiyyətsiz qidadan mədə pozuntusu keçirən 10 nəfər qonaq ağır vəziyyətdə Mingəçevir Şəhər Xəstəxanasına çatdırılıb. Halsız durumda olan xəstələrə tibbi yardım göstərilib.
Baş vermiş hadisə ilə bağlı GEM-in yerli şöbəsinin əməkdaşları təcili "Ağsaray" şadlıq sarayına, ardınca xəstəxanaya baş çəkiblər.

GEM-in baş həkimi Əbil Ağayev məclisdə qidaların qəbuluna müvəqqəti yasaq qoyduqlarını deyib: "Həm şadlıq sarayından, həm də xəstələrdən analiz nümunələri götürmüşük. Ən qısa zamanda laborator analizlərdən keçirərək hadisənin nədən qaynaqlandığını müəyyən edəcəyik. Hələlik isə bu qənaətdəyik ki, keyfiyyətsiz qida qastrit, yəni mədə pozğunluğu yaradıb".
Faktla bağlı araşdırmalar davam etdirilir.
scroll top