» » Behişt əhlinin qəlb durumu necədir?

Behişt əhlinin qəlb durumu necədir?



"(Daxil olan zaman onlara) "(Allah və mələklər tərəfindən olan) salamla oraya daxil olun ki, (hər hansı bir zərər-ziyandan, xüsusilə fani olmaqdan və müddətin sona çatmasından) amanda olacaqsınız". Və onların qəlblərində olan kin-küdurəti (batil düşüncələr və xarab xislətləri) elə çıxarıb atdıq ki, taxtlar üzərində qardaşcasına bir-birlərinin qarşısında əyləşərlər". ("Hicr" 46-47).
ucarliyiq.biz deyerler.org-a istinadən bildirir ki, bu ayədən də göründüyü kimi, behişt əhlinin qəlbi kin və küdurətdən uzaq olar. Ona görə də Quran bizə hər gün belə dua etməyi tövsiyə edir: "Onlardan (mühacirlərdən və ənsardan) sonra gələn(mömin)lər deyərlər: "Ey Rəbbimiz, bizi və bizdən öncə iman gətirən qardaşlarımızı bağışla! Bizim qəlblərimizdə iman gətirən kəslərə qarşı bir kin və xəyanət qoyma. Ey Rəbbimiz, həqiqətən, Sən çox şəfqətli və mehribansan"". ("Həşr" 10).
Yəni Peyğəmbərin (s) qəlbi kimi. Əbu Talib dərəsində o qədər işgəncələr və əziyyətlərə məruz qalmasına baxmayaraq, Peyğəmbərin (s) qəlbində bir zərrə qədər də olsa kin yaranmadı. Onun qəlbi bahar çiçəklərinin təravətini verirdi. O qədər pak idi ki, hətta Allah onu mədh edirdi. (Tebyan)
Ona görə də şeytanın (lən) bu dünyadakı ən böyük səyi odur ki, möminlərin qəlbində kini cücərdə bilsin. Din qardaşları arasına ayrılıq salsın və bir-birinə düşmən etsin. Əgər behişt əhli olmaq istəyiriksə, gərək qəlbimizə nəzarət edək və onu hər cür kin və küdurətdən qoruyaq. "Ey iman gətirənlər, hamılıqla (Allaha) təslim və itaətə daxil olun və şeytanın addımlarına tabe olmayın ki, həqiqətən, o, sizin aşkar düşməninizdir". ("Bəqərə" 208).
Həzrət Peyğəmbər (s) buyurur: "Heç bir hiyləgər və xəyanətkar behiştə daxil olmaz".
scroll top