» » Aston Martin-dən yeni hiperkar - FOTO

Aston Martin-dən yeni hiperkar - FOTO

Aston Martin-dən yeni hiperkar - FOTO
Aston Martin şirkəti hiperkar Valkyrie-nin seriyalarla istehsaldan əvvəlki versiyasının sirrini açıb. Autocar-ın məlumatına görə, hazırda avtomobil 95 % hazırdır. Mühəndislər yalnız hiperkarın aerodinamikası ilə bağlı bəzi xırdalıqları həll etməlidirlər.
ucarliyiq.biz auto.az-a istinadən bildirir ki, əvvəllər təqdim edilmiş prototipdən fərqli olaraq avtomobil diodlu optika, şüşə silənlər və lövhəciklər alıb. Şirkətdən bildiriblər ki, yenilik misilsiz sıxma gücü ilə seçiləcək. Bu, aerodinamik elementlərin sayəsində mümkün olub.
Avtomobil iki idman oturacağı alıb ki, bunlar hər bir alıcı üçün fərdi olacaq. Salonda, həmçinin üç informasiya displeyi quraşdırılacaq ki, burada sürücüyə lazım olan bütün məlumatlar əks olunacaq.
Aston Martin Valkyrie-ni Cosworth şirkətinə məxsus 6,5-litrlik atmosferli V12 mühərriki (1000 a.g.) ilə təchiz edəcəklər. Digər 130 a.g.-nü isə kinetik enerjini rekuperasiya edən sistemlə birgə çalışan elektrik aqreqat təmin edəcək. Bu sistem Formula-1 bolidlərində istifadə edilən texnologiya əsasında hazırlanıb. Bundan əlavə, hiperkarı Xorvatiyanın Rimac şirkətinin hazırladığı çox yüngül akkumulyator dəsti ilə təchiz edəcəklər.











scroll top