» » Maserati iki modelini yenilədi - FOTO

Maserati iki modelini yenilədi - FOTO

Maserati iki modelini yenilədi - FOTO
Maserati şirkəti kupe GranTurismo və kabriolet GranCabrio-nu təkmilləşdirib. Avtomobillər müvafiq olaraq 2007-ci və 2009-cu illərdə debüt etmişdilər. Maserati GranTurismo-nun restaylinq olunmuş versiyası 2018-ci ildə Nyu-Yorkdakı fond birjasında təqdim ediləcək, sonra isə hər iki avtomobili Hudvuddakı sürət festivalına gətirəcəklər. Təkmilləşdirilmiş sportkarlar yeni bamperlər, radiator barmaqlığı alıblar. İtalyanlar radiator barmaqlığını konsept Alfieri-də olan barmaqlığa bənzədiblər.
ucarliyiq.biz auto.az-a istinadən bildirir ki, mühəndislər, həmçinin havaçıxıntılarının konfiqurasiyasını optimallaşdırıblar ki, bu da aerodinamik müqavimət əmsalını azaltmağa kömək edib  (kupedə 0,32-dək, kabrioletdə isə 0,33-dək). İkiqapılıların salonunda 8,4-düymlük displeydaha  olan və Android Auto və Apple CarPlay-i dəstəkləyən müasir multimedia sistemi peyda olub.
Təkmilləşdirilmiş kupe və kabrioleti ya Sport versiyasında, ya da asanlaşdırılmış MC (Maserati Corse) versiyasında sifariş etmək olar. Hər iki variant 4,7-litrlik atmosferli V8 ilə təchiz edilir ki, onlar 6-pilləli ZF avtomat sürət qutusu ilə birgə işləyirlər və 460 a.g. və 520 Nm fırlanma anına malikdirlər.










scroll top