» » Qarın yatalağı
Qarın yatalağı


Qarın yatalağı-əvvəlcə bağırsağı, sonra isə qara ciyəri, öd kisəsi, dalağı zədələyən baktreial infeksion xəstəlikdir.
Ümumi məlumat:
Bu xəstəlik güclü yoluxucu xəstəlikdir, su və qida ilə orqanizmə daxil olur. Belə adam sağaldıqdan sonra da uzun müddət bakteriya daşıyıcısı olur.
Səbəbləri:
Törədicisi Salmonella typhi-dir. Sanitar-gigiyenik şəraiti pis olan rayonlarda tez yayılır. Qarın yatalağı epidemiyaları mümkündür.
Simptomları:
ucarliyiq.biz immunitet.az-a istinadən bildirir ki, xəstəliyin 1-ci həftəsində güclü baş ağrıları, öskürək, yüksək hərarət, üşütmə, iştahanın itməsi, əzginlik, yorğunluq, zəiflik, qəbizlik, qarında ağrılar qeyd olunur. 2-3-cü həftələrdə yüksək hərarət, diareya, kəskin zəiflik, qarnın böyüməsi müşahidə olunur. Temperatur düşdükdən sonra döşdə, qarın nahiyəsində səpgilər əmələ gəlir.
Ağırlaşmaları:
Ağırlaşmaları - bağırsaq qan axması, peritonit, pnevmoniya, xolesistit, tifoz psixoz, böyrək çatmamazlığı, xəstəliyin residivi, letal nəticə ola bilər.
Siz nə edə bilərsiniz:
Xəstəliyə şübhə olduqda mütləq tibbi yardıma müraciət etmək lazımdır.
Həkim nə edə bilər:
Həkim diaqnozu təsdiq etmək üçün analizlər təyin edir, xəstəni hospitalizasiya edir.
Müalicəsi:
Diaqnoz təsdiq edildikdə xəstə, xəstəxəna şəraitində müvafiq antibiotiklərlə müalicə olunur.
Profilaktikası:
Xəstəliyin qarşısını almaq üçün su təminatının düzgün təşkili, kanalizasiyanın çəkilməsinə, qida məhsullarının yığılma, hazırlanma, daşınma və satılma texnologiyasına ciddi əməl edilməlidir.
Interesting facts scroll top