» » İnsanın səadətə çatması üçün Allahın 10 əmri

İnsanın səadətə çatması üçün Allahın 10 əmri

İnsanın səadətə çatması üçün Allahın 10 əmri


Allah Təala Qurani-Kərimdə bizlərə səadətə çatmağın yollarını göstərir və ona əməl etməyi əmr edir ki, bu yollar ilə tanış olaq:
ucarliyiq.biz deyerler.org-a istinadən bildirir ki, Allah Quranda buyurur: "De: "Gəlin Rəbbinizin sizə haram etdiyini oxuyum (və o, budur ki): heç bir şeyi Ona şərik qoşmayın, valideynlərə yaxşılıq edin, övladlarınızı yoxsulluq qorxusundan öldürməyin. Sizə və onlara ruzini Biz veririk. Və pis işlərə - istər aşkar olsun, ya gizlin (əməli və etiqadi günahlara, yaxud camaatın gördüyü və görmədiyi günahlara) - yaxınlaşmayın. Həmçinin Allahın möhtərəm saydığı və öldürülməsini haram buyurduğu canı - (qisas, şəriətin müəyyənləşdirdiyi cəza hədlərinin icrası və ya müdafiə məqsədli) haqq (öldürmələr) istisna olmaqla - öldürməyin. Bəlkə düşünəsiniz deyə Allahın sizə tapşırdıqları bunlardır".
"Və yetimin malına o, (cismani və ruhi baxımdan) həddi-büluğa çatana kimi, gözəl bir tərz istisna olunmaqla, yaxınlaşmayın. Ölçü və çəkini ədalətlə tam şəkildə verin. Biz heç bir kəsin üzərinə (əqidə və əməllərdə) öz imkanından artıq vəzifə qoymuruq. (Hakim və şahid kimi və ya fətva vermək məqsədilə) danışanda, hətta qohum(larınız barəsində) olsa belə, ədalətli olun. Və (şəriətin əsas və qollarını qəbul etməkdə) Allahın əhd-peymanına kamil surətdə vəfa edin. Bəlkə öyüd götürəsiniz deyə, Allahın sizə tapşırdıqları bunlardır".
"Və (tövsiyə etdi ki,) bu (əmrlər) - Mənim doğru yolumdur. Buna görə də ona tabe olun və başqa yollara tabe olmayın ki, sizi Onun yolundan (sapdıraraq) pərakəndə edər. Bəlkə təqvalı olasınız deyə, Allahın sizə tövsiyə etdiyi bunlardır". ("Ənam" 151-153).
1. Allaha heç bir şeyi şərik tutmaq olmaz.
2. Ata və anaya qarşı mehriban olmaq lazımdır.
3. Övladlarımızı yoxsulluq üzündən öldürməyək.
4. Çirkin əməllərə yaxınlaşmayaq - istər aşkar olsun, istərsə də gizli.
5. Günahsızların qanına əlimizi bulamayaq.
6. Yetim malına əl uzatmayaq.
7. Satan zaman insanlara fırıldaq gəlməyək və çəkidə aldatmayaq.
8. Hökm verəndə, şəhadət verəndə və ya hər bir dediyimiz sözdə ədalətə riayət edək və haqq yoldan azmayaq.
9. İlahi əhdə vəfa edək və onu pozmayaq.
10. Tövhid, ədalət, təqva yolu - müstəqim yoldur və biz gərək o yolda irəliləyək.
Allah Təala buyurur ki, hər kim bu 10 əmrini yerinə yetirsə, səadət əhlindən olacaqdır.
Interesting facts scroll top