» » Öd daşları və onların növləri

Öd daşları və onların növləri



Öd daşları tərkiblərinə görə bir-birindən fərqlənir.
Radiar xolesterin daşları.
Radiar xolesterin daşları kürə və ya oval şəklində olur.Onların en kəsiyində radial istiqamətli kobud xətlər nəzərə çarpır. Bəzən xətlər daşın mərkəzində piqmentdən və kalsium duzlarından ibarət olan kristallaşma nüvəsinin ətrafında bir-birilə kəsişir. Lakin çox vaxt kristallaşmanın özəyi olmur. Bu daşlar ödün tərkibində olan xolesterinin çöküntüyə keçməsi nəticəsində əmələ gəlir.
Qarışıq xolesterin-duz daşları.
ucarliyiq.biz immunitet.az-a istinadən bildirir ki, bu daşlar öd kisəsinin və öd yollarının iltihabi nəticəsində əmələ gəlir. Onların koaqulyasiyaya uğramış zülalları ödün tərkibinə keçir. Bu zaman özəyi xolesterindən olan üzərində konsentrik dairələr şəklində başqa maddələr yerləşən daşlar əmələ gəlir.
Piqment daşları.
Bu daşların rəngi tünd olur, ölçüləri iri olmur. Onlar nadir hallarda öd kisəsində və ya öd yollarında əmələ gəlirlər. Bu daşların tərkibi əsasən bilirubindən ibarət olur.
Əhəng daşları.
Bu daşlar nekrozlaşmış hüceyrələrin və ya koaqulyasiyaya uğramış zülalların üzərinə çökən kalsium duzlarından ibarətdir.
Piqment-əhəng daşı
Bu daşlar zülal təbiətli nüvədən, öd piqmentlərindən, kalsium duzlarından və az miqdar misdən ibarətdir.
scroll top