» » Hansı daha sağlamdır?

Hansı daha sağlamdır?



Yumurtanı sındırdıqdan sonra qarşınıza çıxan sarısının üç fərqli tonu olduğunu görmüsünüz: Tünd narıncı, sarı və açıq narıncı. Bəs bu rənglər nə deməkdir? Daha da mühümü isə, hansı ən sağlam yumurtadır?
ucarliyiq.biz deyerler.org-a istinadən bildirir ki, yumurtaların rəngləri toyuqların sağlamlıqları ilə əlaqədardır. Toyuqların sağlamlıqları isə yumurtanın keyfiyyətinə təsir etdiyi üçün diqqət edilməli olan ən mühüm məsələdir.
 
Narıncı rəng yumurtanın toyuğunun fermada böyüyən, sərbəst gəzmiş və gün işığı görmüş olduğunu göstərir. Yəni ən sağlam yumurtadır. Eyni zamanda qida dəyərləri çox yüksəkdir. Açıq narıncı yumurtalar da, eyni şəkildə sağlam şərtlərə malik toyuqların məhsuludur.
Sarı rəng isə, əksər hallarda marketlərin təmin etdiyi bu yumurtalar, əslində zavoddan gəlir. Bu toyuqlar zavodlarda gün görmədən və təkcə taxılla qidalanaraq yaşayırlar. İnkubasiya maşınlarından çıxan bu toyuqlar sağlam və təbii olmayan bir şəraitdə böyüyürlər.
scroll top