» » Qaraciyər xəstəliklərinin etiologiyası

Qaraciyər xəstəliklərinin etiologiyası



Qaraciyərdə zədələnmə törədən etioloji amillərin müxtəlif növləri vardır. Bunlara aiddir:
- patogen bakteriyalar (stafilokokklar, streptokokklar, qarın yatalağı çöpləri və s.)
- viruslar (infeksion hepatit virusu)
- spiroxetlər, parazitlər (exinokokk)
- sənaye zəhərləri (karbon xlorid, fosfor, civə və qurğuşun birləşmələri, benzol törəmələri)
- toksik xarakterli mübadilə məhsulları
- çürümə bakteriyalarının həyat fəaliyyəti məhsulları
- bəzi dərman preparatları (barbituratlar, sulfanilamid preparatları və s.)
ucarliyiq.biz immunitet.az-a istinadən bildirir ki, qida rejiminin pozulması da qaraciyərin zədələnmə və xəstələnməsinə səbəb olan amillərdən sayılır. Uzun müddət yağlı, kəskin qidalarla qidalanma, spirtli içkilərin qəbulu, zülal çatışmazlığı qaraciyəri xəstələnməsinə səbəb olan amillərdən hesab edilir.
Qaraciyər zədələnmələri iltihabi və distrofik patologiyalardan da meydana gələ bilir. Bu proseslər arasında adətən fərq olmur. Yəni eyni zamanda hepatositlər distrofiyaya uğrayır.
Xəstəlik törədici amil qaraciyərə müxtəlif yollarla daxil ola bilir. Çox vaxt patogen amil qaraciyərə vena qapısı vasitəsilə daxil olur, bəzi hallarda isə zərərverici amillər limfa vasitəsilə qaraciyərə daxil olur.
Qara ciyərin iltihabi xəstəlikəri kəskin və xroniki olmaqla 2 yerə ayrılır. Zədələnmələr qaraciyərdə aşağıdakı xəstəliklərin əmələ gəlməsinə səbəb olur:
- kəskin və xroniki hepatit
- infeksion hepatit
- qaraciyərin distrofik pozulmaları
- hepatozlar
- piy infiltitasiysı
- sirrozlar
- qaraciyər çatışmazlığı
- kəskin sarı distrofiya
- qaraciyət toxumasının autolizi
- ağır sarılıq.
scroll top