» » Öz dahiliyi uğrunda həyatını fəda etmiş YAZIÇI

Öz dahiliyi uğrunda həyatını fəda etmiş YAZIÇI

Gi de Mopassan - əsərləri dünya şöhrəti qazanmış böyük fransız yazıçısı. Onun yaradıcılıq üslubu asan və gözəl, lakin həyatı ən ağır sınaqlarla dolu idi. Valideynlərinin erkən boşanması, sağalmaz xəstəlik, ümumxalq şöhrət, sevgi tarixçələrinin kaleydoskopu və... psixiatriya xəstəxanasının soyuq çarpayısında ölüm.
ucarliyiq.biz bildirir ki, 5 avqust 1850-ci ildə, müasir kiçik hekayənin banisi, XIX əsr Fransa yazıçısı, nəhəng Mopassanın doğum günü idi.
Onun hekayələri lakonikliyi ilə seçilir. Onlarda daha çox Fransa-Prussiya müharibəsi dövrü öz əksini tapıb. Gi de Mopassan həm də altı kiçik romanın müəllifidir.
Gi de Mopassanın həyat hekayəsi sonu olmayan döyüşü xatırladır, hansı ki, qalib çıxmaq mümkün deyildi. İlk həyəcanlı hadisələr hələ uşaq yaşlarında baş verir: oğlanın 11 yaşı olanda onun valideynləri boşanırlar. Anası ilə tək qalan uşaq, ailənin dağılmasını çox ağır keçirir və heç vaxt evlənməmək üzərinə özünə söz verir. Həqiqətən də, baxmayaraq ki, ədibin həyatında qadın çox idi, o heç vaxt ailə qurmadı.
Mopassan demək olar ki, bütün ömrü boyu sifilisdən əziyyət çəkirdi. Tam sağalması üçün ümid var idi, amma tale başqa cür gətirdi: xəstəlik tədricən inkişaf etməyə başladı, yazıçının düşüncələri darmadağın oldu, psixi pozğunluğa tutuldu və bu hal, çox gənc yaşlarında onu ölümə düçar etdi. Savadlı və ziyalı nəhəng adam iradədən məhrum, xatirələr və duyğuları itirmiş birinə çevrildi. Böyük fransız 42 yaşında həyatdan getdi.

Öz dahiliyi uğrunda həyatını fəda etmiş YAZIÇI




scroll top